Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib
Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti və struktur bölmə rəhbərləri ilə görüş keçirilib.
ADNSU-dan "Far.Az"a bildirilib ki, qonaqlara cari tədris ilində universitetin uğurları, xüsusən də beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətləri barədə məlumat verilib. Növbəti 5 il üçün agentliyin universitet qarşısında yeni vəzifələr qoyduğunu deyən rektor əvəzi Vazeh Əskərov buna müvafiq olaraq yeni hədəflərin müəyyənləşdiriləcəyini və bu istiqamətdə fəaliyyət planının aktiv şəkildə icrasına başlanacağını qeyd edib.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ötən müddət ərzində ADNSU-nun reytinqlərdə və akkreditasiya prosesindəki uğurlarından danışıb və növbəti müddətdə 68 istiqamət üzrə tövsiyələrin icra olunmasına başlanıldığını deyib. O, tövsiyələrin icrası ilə bağlı fəaliyyət planının tərtib edilməsinin və digər məsələlər ətrafında geniş fəaliyyətin agentliklə universitet arasında sıx əməkdaşlığın göstəricisi olduğunu bildirib.
Görüşdə, həmçinin ADNSU ilə TKTA arasında əməkdaşlığın perspektivləri, akkreditasiyası prosesinin əhəmiyyəti və ali təhsildə keyfiyyət standartlarına uyğunlaşma meyarları müzakirə olunub. İştirakçılar müzakirə edilən mövzular ətrafında öz fikirlərini bildiriblər.
Sonda ADNSU-ya agentliyin “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













