İngiltərə futbol çempionatı: "Arsenal" "Tottenhem"i məğlub edib
Far.Az xəbər saytı

İngiltərə futbol çempionatı: "Arsenal" "Tottenhem"i məğlub edib


Futbol üzrə İngiltərə çempionatının XXI turunun matçında "Arsenal" "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, görüş "Emireyts" stadionunda baş tutub.

Qarşılaşmanın 40-cı dəqiqəsində "Tottenhem"in hücumçusu Dominik Solanke topu öz qapısına vurub, 44-cü dəqiqədə isə "Arsenal"ın heyətində Leandro Trossard fərqlənib. "Tottenhem"in yeganə qoluna Son Xın Min imza atıb.

“Arsenal” və “Tottenhem”in matçları Şimali London derbisi kimi tanınır. Komandaların ilk görüşü 1887-ci ildə baş tutub.

"Tottenhem" İngiltərə Premyer Liqasında ardıcıl 6 matçdır "Arsenal"ı məğlub edə bilmir.

Hazırda "Arsenal"ın 43 xalı var və turnir cədvəlində ikincidir. Çempionatın lideri 20 oyundan sonra 47 xal toplayan "Liverpul"dur. “Tottenhem” ardıcıl beş oyundur (dörd məğlubiyyət, bir heç-heçə) qalib gələ bilmir və 24 xalla 13-cü yerdədir.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər