Cəbrayıla qayıdan sakin: Bundan sevincli gün görməmişəm
Bundan sevincli gün görməmişəm.
“Report” xəbər verir ki, bunu Cəbrayıla qayıdan keçmiş məcburi köçkün Məhəmmədəli İsayev deyib.
“Bundan sevincli gün görməmişəm. Sevincimi sözlə ifadə edə bilmirəm. Axır ki, torpağımızı gördük, gedirik yurdumuza. Allaha qurban olum, məni bundan sonra yaşatsa da sağ olsun, yaşatmasa da. Əsas odur ki, hər şeydən arxayınam. Bundan gözəl nə var?”, - o qeyd edib.
Keçmiş məcburi köçkün vurğulayıb ki, illərdir bu günü – Cəbrayıla qayıdacağını gözləyib: “İllərdir hər gecəmiz Cəbrayıl idi. Allah Ali Baş komandanımız İlham Əliyevi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin. Uca Tanrı dövlətimizi, millətimizi qorusun.
Hərbçilərimiz Kəlbəcərdə və digər yüksəkliklərdədir. Xalqımız, Ordumuz daim bu zirvələrdə olsun”.
M.İsayev bununla yanaşı qeyd edib ki, Azərbaycan xalqı müharibə dəhşətlərini heç vaxt unutmayacaq: “Xocalıya da qayıdış baş tutdu. Xocalı faciəsi bizim sinə dağımızdır. Hamımız məcburi köçkün idik. Ancaq Xocalı faciəsinin vurduğu dağ heç vaxt sinəmizdən getməyəcək. Bu qələbə Azərbaycanın tarixindən heç vaxt silinməyəcək. Sıldırım qayalara dırmaşıb, Şuşanı işğaldan xilas edən oğullarımıza, qazilərimizə qurban olum”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













