Şahin Bağırov: "Layihələrimiz TDT ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir"
Far.Az xəbər saytı

Şahin Bağırov: "Layihələrimiz TDT ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir"


Azərbaycanın irəli sürdüyü, icra etdiyi regional və beynəlxalq layihələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın genişləndirilməsinə və möhkəmlənməsinə mühüm töhfə verir.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən TDT-nin Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın strateji-coğrafi mövqeyi onu vacib tranzit və logistika mərkəzinə çevirir.

"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın tranzit potensialını artırır, TDT ölkələrinin iqtisadi inteqrasiyasının dərinləşməsində mühüm rol oynayır", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər