"Qarabağ"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib
Far.Az xəbər saytı

"Qarabağ"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib


"Qarabağ"ın zədəli futbolçuları Aleksey İsayev və Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Bu barədə "Far.Az"a "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, İsayevin artıq komanda ilə məşqlərə başladığını bildirib.

Klub rəsmisi Bədavi Hüseynovun sabah "Şamaxı"ya qarşı keçirəcəkləri Misli Premyer Liqasının XIX turunun matçında iştirak etməyəcəyini söyləyib. A.Hacıyev təcrübəli müdafiəçinin fərdi məşqlər etdiyini diqqətə çatdırıb:

"Bədavi Hüseynovun UEFA Avropa Liqasının oyununda iştirakı hələlik sual altındadır".

Qeyd edək ki, “Qarabağ” – “Şamaxı” qarşılaşması yanvarın 17-də, saat 19:00-da start götürəcək. "Köhlən atlar" yanvarın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasını qəbul edəcək.

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər