Blinken brifinqdə ona etiraz edən iki jurnalisti zorla zaldan çıxartdırıb
ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlə keçirdiyi sonuncu mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlər tərəfindən etirazla qarşılanıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, amerikalı jurnalist Maks Blumental Blinkenin çıxışını kəsərək, "Qəzzada 300 jurnalist sənin bombalarınla hədəfə alındı. May ayında razılaşmanız var idi, bunu hamımız bilirdik. Toni, sən bombalara mane olmadın. Niyə dostlarımın öldürülməsinə icazə verdin?", - deyə etiraz edib.
M.Blumental polislər tərəfindən zaldan zorla çıxarılıb.
Çıxışına davam edən Blinken daha sonra eyni mövzuda başqa bir jurnalistin etirazı ilə üzləşib. Amerikalı jurnalist Sem Hüseyni etirazından sonra üç polis əməkdaşı tərəfindən zaldan qovulub.
Jurnalist canlı yayım zamanı zaldan qovularkən aşağıdakı ifadələri səsləndirib:
"Çək əllərini məndən, mən burada sakit oturmuşdum, amma indi məni iki-üç nəfər saxlayıb. Sən isə mətbuat azadlığından danışırsan".
BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib ki, baş verənlər qəbulolunmazdır, hər kəs jurnalistlərin toxunulmazlığına və söz azadlığına hörmət etməlidir.
Sam Husseini forcibly removed from the briefing room after interrupting Blinken’s final press conference.
— Willy Lowry (@willy_lowry)
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













