Qərbi Azərbaycan Xronikası: Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Urud abidələrindəki svastika qədim türk inancını simvolizə edir” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, dosent Aslan Xəlilov Qərbi Azərbaycan abidələrindən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycan abidələri bütöv Azərbaycan abidələri ilə eynilik təşkil edir: “Bu bölgə mehir, qoçdaş, sənduqələr türk-oğuz mənsubiyyəti ilə seçilir. Urud abidələrindəki svastika qədim türk inancını simvolizə edir. Orada ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir. Qərbi Azərbaycan abidələrinin böyük əksəriyyəti türklər tərəfindən tikilib”.

Ermənilər donuz saxladıqları üçün toxuculuq, xalçaçılıq ilə məşğul ola bilmədiklərini deyən A.Xəlilov sonda Urud sənduqəsi üzərində müəmmalı işarənin mənası, Qoşundaş kompleksinin mistikasının dəqiq izahı ilə bağlı fikirlərini söyləyib.

Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi Azərbaycanın tarixi ərazilərinin adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin sonradan adı silinən toponimlərin, bir sıra yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Qərbi Azərbaycan Xronikası: "Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir"
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər