Bakı və bəzi bölgələrdə güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Avqustun 24-26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Yevlax, Füzuli, Mingəçevir, Naftalan, Gəncə, Samux, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Sabirabad, Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Həmçinin avqustun 24-26-da əsasən dağlıq rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.
Oxşar xəbərlər
XƏBƏRDARLIQ! - Bu tarixdən hava
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Növbəti üç gün küləkli hava gözlənilir - XƏBƏRDARLIQ
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Sabah hava yağmursuz keçəcək, 39 dərəcə isti olacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Qaxda vətəndaş qəbulu keçirilib
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir...













