Davosda Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib
Far.Az xəbər saytı

Davosda Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib


Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib.

“Far.Az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakında "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik. Uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və "yaşıl enerji”yə keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirləri bölüşülüb.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sentyabr ayının hava proqnozu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər