SOCAR “Nakkaş Holding” ilə logistikaya və Sabiha Gökçen hava limanının infrastrukturuna investisiya qoymağı planlaşdırır
Far.Az xəbər saytı

SOCAR “Nakkaş Holding” ilə logistikaya və Sabiha Gökçen hava limanının infrastrukturuna investisiya qoymağı planlaşdırır


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə olan “SOCAR Türkiyə Enerji” şirkəti və “Nakkaş Holding” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.

“Report” xəbər verir ki, protokolu “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holding”in İdarə Heyətinin sədri Ramazan Öztürk imzalayıblar.

Sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçen hava limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.

Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən strateji addım kimi qiymətləndirilir.

Tərəflər gələcəkdə bu kimi tərəfdaşlıqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi əlavə dəyər yaradan layihələrin hazırlanması üçün birgə təcrübə və ekspertizadan istifadə etmək niyyətində olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər