“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi yaxın günlərdə müzakirə olunacaq
TÜRKPA çərçivəsində Milli Məclisin hazırladığı “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq.
"Report" xəbər verir ki, bu barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, layihə üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək.
Şöbə müdiri qeyd edib ki, iqlim dəyişmələrindən yaranan problemlər insan hüquqlarının pozulmasına, bununla da məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmə təcrübəsinin formalaşmasına, məsuliyyət tədbirlərinin tətbiqinə səbəb olur.
A.Vəliyev vurğulayıb ki, iqlim dəyişmələri nəticə etibarilə tək ekoloji və ya sosial-iqtisadi arealla məhdudlaşmır, həm də hüquqi məsələdir:
"Ətraf mühitdən istifadəyə uyğun olaraq situativ davranışları və sosial normaları dəyişmək lazımdır, əks halda problemlə kompleks şəkildə mübarizə aparmaq mümkün olmayacaq. Beynəlxalq hüquq - dövlətlərin qlobal ekoloji problemlərinin, xüsusən də iqlim dəyişmələrinin həlli üçün kollektiv öhdəliklər müəyyən edir, bu sahədə milli fəaliyyət planlarını qəbul etməyi və həyata keçirməyi tələb edir".
Parlamentin şöbə müdiri əlavə edib ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq və bu da urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır:
"Şəhərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması kimi prioritet hədəflər müəyyən etməyin vaxtıdır. Bu hədəflərin reallaşması üçün ekoloji təhsil və tərbiyəyə, habelə bu sahə üzrə kadrların hazırlanmasına ehtiyac var".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib













