KİV: Volqoqradda koloniyanın 3 əməkdaşını qətlə yetirən terrorçular məhv edilib, girovlar azad olunub - YENİLƏNİB-3 - VİDEO
Rusiya Qvardiyasının snayperləri Surovikino koloniyasının əməkdaşlarını girov götürən 4 terrorçunu zərərsizləşdirib, girovlar azad edilib.
Far.Az xəbər verir ki, bu barədə Rusiya Qvardiyasından bildirilib.
***
18:00
Xüsusi təyinatlı qüvvələr Volqoqradda 19 saylı koloniya əməliyyat keçirib, bütün girovlar azad edilib, terrorçular zərərsizləşdirilib.
Far.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Rusiya teleqram kanalları terrorçulardan birinin öldürüldüyünü, 3-nün isə yaralandığını yazıb.
***
15:03
Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən cəzaçəkmə müəssisəsində törədilən insidentin təfərrüatları məlum olub.
Far.Az-nın Rusiya bürosu xəbər verir ki, müəssisədə özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.
“Mash” teleqram kanalı üç nəfərin öldüyü görüntülənən video yayıb.
Bildirilib ki, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.
Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.
Məlum olub ki, koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib. Bu barədə Federal Penitensiar Xidmət məlumat yayıb.
Hazırda girovların azad edilməsi istiqamətində işlər aparılır, hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.
***
14.49
Volqoqradda Cəzaçəkmə Müəssisəsinin əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub.
Far.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Mash" teleqram kanalının yaydığı videogörüntülərdən məlum olub.
Görüntülərdə 19 saylı Cəzaçəkmə Müəssisəsində azı 3 nəfərin öldürüldüyü, daha bir neçəsinin yaralandığı və girov götürüldüyü əks olunub.
Giröv götürənlər arasında terrorçuluqda təqsirli bilinən bir nəfərin olduğu qeyd olunub.
Təhlükəsizlik qüvvələri hazırda hadisə yerindədir, xüsusi təyinatlılar təcridxanaya hücum etməyə hazırlaşır.
***
14:41
Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər.
Far.Az-nın Rusiya bürosu xəbər ki, Rusiya Federal Penitensiar Xidməti məlumatı təsdiqləyib. Qurum bir əməkdaşının həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb. İlkin məlumatlara görə, girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar.
Qeyd edək ki, Rusiyanın teleqram kanalları Volqoqradda koloniyada insident zamanı 3 nəfərin öldüyü barədə məlumat yayıb.
Əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Volqoqradda İŞİD üzvləri koloniyanın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb - YENİLƏNİB-1 - VİDEO
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Volqoqradda koloniyada bir neçə nəfəri öldürüb, bir neçə nəfəri girov götürən məhbusların kimliyi müəyyənləşib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb













