Azərbaycan parabadmintonçusu Misirdə iki bürünc medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycan parabadmintonçusu Misirdə iki bürünc medal qazanıb


Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turniri iki bürünc medalla başa vurub.

"Far.Az"un məlumatına görə, 19 yaşlı gənc idmançı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc mükafata yiyələnib.

İ.Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini
məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.

Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.

Qeyd edək ki, turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
Dünya Badminton Federasiyasının İnkişaf direktoru Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb
Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən turniri 4 medalla başa vurublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər