Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edib.
"Far.Az" AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS ISO 45003:2024 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə - İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik - Psixososial risklərin idarə edilməsi üzrə rəhbəredici göstərişlər”, AZS ISO 45004:2024 “Əməyin təhlükəsizliyi və gigiyenasının idarə edilməsi - Fəaliyyətin qiymətləndirilməsinə dair göstərişlər” dövlət standartlarıdır.
Onlar əməyin təhlükəsizliyi və gigiyenası (ƏTG) üzrə fəaliyyətin qiymətləndirilməsi zamanı müvafiq göstəricilərin hazırlanması da daxil olmaqla monitorinq, ölçmə və təhlil prosesləri üzrə təlimat və prosedurları əhatə edir, təşkilatlara iş qəzalarının və peşə xəstəliklərini minimuma endirməyə və ya qarşısını almağa imkan yaradır.
Sözügedən dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirə olunub və İnstitut onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













