Hesablama Palatası ötən il 52 milyon manatlıq maliyyə pozuntusunu aradan qaldırıb
Far.Az xəbər saytı

Hesablama Palatası ötən il 52 milyon manatlıq maliyyə pozuntusunu aradan qaldırıb


2024-cü ildə Hesablama Palatasının həyata keçirdiyi auditlər nəticəsində ümumilikdə 51,7 milyon manatlıq maliyyə pozuntusunu aradan qaldırılıb.

“Report” xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, maliyyə pozuntuları əsasən dövlət vəsaitlərinin idarə olunmasında yol verilmiş nöqsanlarla bağlı olub: "Aşkarlanmış pozuntuların bir hissəsi düzgün maliyyə uçotu və nəzarət mexanizmlərinin tətbiq edilməməsi səbəbindən baş verib. Bununla əlaqədar müvafiq qurumlara təkliflər təqdim edilib və həmin pozuntuların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilib".

Bundan başqa, sədr qeyd edib ki, Palata ötən il hüquq-mühafizə orqanlarına 8 material təqdim edərək daha ciddi hüquqi tədbirlərin görülməsi üçün prosesə hüquqi çərçivədə dəstək verib.

"Görülən tədbirlər dövlət maliyyəsinin daha şəffaf və səmərəli idarə olunmasına töhfə verir. Eyni zamanda, pozuntuların qarşısının alınması üçün auditin nəticələri ilə bağlı parlamentə hesabat təqdim olunub. Hesabatda auditin nəticələrinin izlənilməsi, şəffaflığın artırılması və gələcəkdə belə halların təkrarlanmasının qarşısını almaq üçün konkret mexanizmlərin tətbiqi tövsiyə edilib", - deyə V.Gülməmmədov vurğulayıb.

Onun sözlərinə görə, Palata dövlət sektorunda şəffaflıq və hesabatlılığı artırmaq məqsədilə fəaliyyətini davam etdirəcək, eyni zamanda, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın təmin edilməsi üçün mütəmadi maarifləndirici tədbirlər həyata keçirəcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər