Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Far.Az xəbər saytı

Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb


Salyanda avtomobilin su kollektoruna aşması səbəbindən 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb.

"Far.Az" xəbər verir ki, faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün 1992-ci il təvəllüdlü Aqil Məmmədov idarə etdiyi "Mercedes Benz" markalı avtomobili rayonun Seyidlər kəndi ərazisində şor su kollektoruna aşırtması nəticəsində özü, sərnişinlər - 1990-cı il təvəllüdlü Nərmin İsmayılova, 2010-cu il təvəllüdlü Rza İsmayılov, 2012-ci il təvəllüdlü Hüseyn İsmayılzadə hadisə yerində ölüb.

Avtomobildə olan 1983-cü il təvəllüdlü Elşən İsmayılov və azyaşlı 2021-ci il təvəllüdlü Ziya İsmayılov isə sağ qalıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər