Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat aşkarlanıb
Far.Az xəbər saytı

Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat aşkarlanıb


Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Qubad İslamov saxlanılıb.

Bu barədə "Far.Az"a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Onun yaşadığı evə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd qumbara, 130 ədəd patron, 9 ədəd bıçaq, patron doldurucu, 2 ədəd plastik qabda qırma, gözyaşardıcı qumbaraya aid 48 ədəd sarı kütlə, 3 ədəd portativ qızdırıcı şam aşkarlanaraq götürülüb.

Həmçinin, polis əməkdaşları xidmətlə olarkən yol kənarından 1 ədəd avtomat silah, 1 ədəd patron darağı və 20 ədəd patron aşkar ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub - FOTO
İşğaldan azad olunmuş torpaqlarda çox sayda silah-sursat aşkarlanıb
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
Ötən gün 2 tapança, 3 qumbara, 7 tüfəng və xeyli sayda silah-sursat aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər