Trampın xüsusi elçisi: Qəzza zolağının bərpası 15 ilədək çəkəcək
Far.Az xəbər saytı

Trampın xüsusi elçisi: Qəzza zolağının bərpası 15 ilədək çəkəcək


Qəzza zolağının bərpası 10-15 il çəkəcək.

“Far.Az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff “Axios”a müsahibəsində bildirib.

“Belə bir fikir var ki, biz Qəzza üzrə planı beş il ərzində inamla həyata keçirə bilərik. Lakin bu mümkün deyil. Bərpa planı 10-15 il üçün nəzərdə tutulub”, – Uitkoff portala söyləyib.

Onun sözlərinə görə, “Qəzzadan, demək olar, heç nə qalmayıb”, o “yaşayış üçün yararsızdır”.

“Axios” vurğulayıb ki, Uitkoff “15 il ərzində Fələstin anklavını ziyarət edən ilk amerikalı rəsmi” olub. Xüsusi elçi qeyd edib ki, Yaxın Şərqə səfəri zamanı o, digərləri ilə yanaşı, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud, həmçinin “dialoqu davam etdirməyi razılaşdığı” Fələstin Prezidenti Mahmud Abbas ilə görüşlər keçirib.

Qəzza zolağında atəşkəs rejimi yanvarın 19-da qüvvəyə minib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər