Yalçın Rəfiyev: “Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir“
Azərbaycanın azad edilmiş ərazilərində hələ də ən böyük problem minalarla bağlıdır.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.
"Azərbaycan davamlı rəqabət qabiliyyətli və inkluziv iqtisadiyyatın qurulmasına, "yaşıl iqtidadiyyat"ın təkamül edilməsinə, sosial rifahın yüksəldilməsinə və gələcək naminə uzunmüddətli dayanıqlılığın təmin edilməsinə yönəlmiş bir yol xəritəsinə malikdir. Bu istiqamətdə sürətlə irəliləməyimizə baxmayaraq, uzun müddət işğal altına qalmış ərazilərimizdə mina probleminin mövcudluğu hələ də ən böyük maneələrdən biri olaraq qalır”, - o qeyd edib.
Y. Rəfiyev vurğulayıb ki, Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir: “Biz azad edilmiş ərazilərdə sabit, təhlükəsiz və rifah dolu gələcək qurmaq üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədini təşəbbüs olaraq irəli sürməklə bu sahəyə xüsusi diqqət ayırmağın əhəmiyyətini vurğulayırıq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













