Türkiyənin maliyyə naziri istefa xəbərini təkzib edib
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek istefası ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib və onları yalan, bazarı manipulyasiya etmək cəhdi adlandırıb.
“Report” xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Türkiyə hakimiyyətinin ölkənin problemlərini həll etmək, potensialını və səmərəliliyini artırmaq üçün görəcəkləri çox iş var:
“Görünür, istefa ilə bağlı rəsmi açıqlamalar yetərli olmayıb. Mən də yazım. Mən istefa verməmişəm. Sözügedən ssenarilər həqiqətə uyğun deyil. Ölkə iqtisadiyyatının idarə olunması komanda ruhunda davam etdirilir. Bir müddətdir ki, qəsdən gündəmi yalan xəbərlərlə doldurmağa cəhdlər edilir. Biz yalan hekayələrin iqtisadiyyatımıza və bazarlarımıza təsir etməsinə icazə verə bilmərik.
Biz inflyasiyanın və cari hesab kəsirini azaltmaqda, büdcə intizamını təmin etməkdə və struktur problemlərini həll etməkdə qərarlıyıq. Proqramımızın məqsədləri reallaşdıqda vətəndaşlarımızın rifah halı yüksələcək. Digər tərəfdən artıq hesab kəsiri azalıb, Mərkəzi Bankın ehtiyatları artıb, inflyasiyanın əhəmiyyətli və daimi azalması başlayıb”.
Avqustun 21-də “Yenica” qəzeti hökumətin iqtisadi blokuna rəhbərlik edən Mehmet Şimşekin istefa ərizəsini iki həftə əvvəl təqdim etdiyini, lakin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın onu vəzifəsində qalmağa inandırdığını iddia edib.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb
-
Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub













