Zaxarova Rusiya və Azərbaycan rəsmilərinin adından olan saxta məlumatları şərh edib
Far.Az xəbər saytı

Zaxarova Rusiya və Azərbaycan rəsmilərinin adından olan saxta məlumatları şərh edib


Azərbaycan və Rusiya rəsmiləri tərəfindən yazılmış saxta məktubların "yayılması"nın arxasında Bakı ilə Moskva arasındakı çoxillik münasibətləri pozmağa çalışanlar dayanır.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tərəfindən yazılmış saxta məktubla bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Əgər "bu kimə sərf edir?" sualını versək, aydındır ki, bu, Rusiya və Azərbaycan arasında normal münasibətlərin olmasını istəməyənlərə sərf edir. Xalqlarımız uzun illər sülh və hörmət içində yaşayıblar. Ümid edirəm ki, onlar bundan sonra da belə yaşayacaqlar. Bunu həzm edə bilməyənlər, ki belələri az deyil, məhz onlara bu lazımdır. Lakin konkret olaraq sifarişçinin kim olduğunu dəqiq deyə bilmərəm, bunun üçün müvafiq araşdırma aparılmalıdır", - M.Zaxarova bildirib.

MƏLUMAT YENİLƏNİR

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər