Dini Komitə yanında İctimai Şuraya seçkilərin nəticəsi açıqlanıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
"Far.Az"un məlumatına görə, seçkinin təşkili məqsədilə Dövlət Komitəsi nümayəndələrindən 4, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən Şuraya üzvlüyün say həddi 11 nəfər olaraq təsdiq edilib.
Seçki Komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarının 14 nəfər nümayəndəsi namizəd kimi qeydə alınıb.
Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün seçici qismində iştirakla bağlı sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 40 seçici rəsmi qeydiyyata alınıb. Onlardan 34 nəfər səsvermədə iştirak edib.
Seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:
- Axundova Nigar Vəli qızı – Əhməd bəy Ağaoglu Milli araşdırmalar mərkəzi İctimai Birliyinin sədri;
- Bəhramov Cəbi Əmirvar oğlu – AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru;
- Bünyadzadə Könül Yusif qızı – AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, Fəlsəfə və Hüquq İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor;
- Əhmədov Tural Qara oğlu – İlahiyyatçı;
- Hüseynov Rizvan Nəcəf oğlu – Elmi tədqiqat “Qafqaz tarixi mərkəzi” İctimai Birliyinin sədri;
- Məmmədov Fuad Teyyub oğlu – “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru;
- Məmmədzadə İlham Ramiz oğlu – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor;
- Məmmədova Səadət Həsən qızı – Əməkdar jurnalist;
- Mirzəyev Ayaz Nizami oğlu – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri;
- Muradov İlkin Firdovsi oğlu – Regional İnkişaf İctimai Birliyinin baş mütəxəssisi;
- Mustafayev Elnur Kərim oğlu – AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin sayı artırılıb
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













