KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib
Far.Az xəbər saytı

KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib


ABŞ Rusiyanın fəaliyyətini izləmək üçün Avropaya RC-135U kəşfiyyat təyyarəsi yerləşdirib.

Far.Az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Offutt Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq avqustun 18-də Böyük Britaniyanın Mildenhall Hərbi Hava Qüvvələri bazasına çatıb, avqustun 20-də isə təyyarə Rusiya ilə sərhədə yaxın Baltikyanı ölkələr üzərində 6 saat uçuş edib.

RC-135U kəşfiyyat təyyarəsi strateji elektron kəşfiyyat, radio ələ keçirmə, düşmənin quru, dəniz və hava qüvvələrinin fəaliyyətinin monitorinqi üçün nəzərdə tutulub.

RC-135U-nun Avropada nə qədər qalacağı məlum deyil.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
KİV: Volqoqradda koloniyanın 3 əməkdaşını qətlə yetirən terrorçular məhv edilib, girovlar azad olunub - YENİLƏNİB-3 - VİDEO
Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapılıb - VİDEO - YENİLƏNİB 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər