Tiflisdə etirazçılar şəhərdən çıxan yolu bağlaya bilməyiblər - YENİLƏNİB
Gürcüstanın paytaxtı Tiflisdəki “Tbilisi Mall” ticarət mərkəzində etirazçılar paytaxtdan şimala gedən magistral yolu bağlaya bilməyiblər.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, etirazçılar yolu bağlamağa bir neçə dəfə cəhd ediblər, lakin polis buna imkan verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə davalar olub.
Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar var.
Qeyd edilir ki, hazırda ticarət mərkəzində vəziyyət sabitdir. Etirazçılar şəhərə doğru, parlament binası istiqamətində yürüş təşkil edirlər. Tiflisə giriş və çıxış sərbəstdir.
Gürcüstanın paytaxtında aksiya iştirakçıları paytaxtdan çıxışı qismən bağlayıblar.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyu yürüş keçirməyə qərar veriblər.
Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var.
Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Tiflisə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinq iştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəzi fəaliyyətini adi rejimdə davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tbilisidə etirazçılar şəhərdən çıxışı qismən bağlayıblar
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU













