Qədir Xəlilov: "Azərbaycan gənclərinin startaplarının dünya miqyasına çıxmaq üçün geniş imkanları var"
Far.Az xəbər saytı

Qədir Xəlilov: "Azərbaycan gənclərinin startaplarının dünya miqyasına çıxmaq üçün geniş imkanları var"


Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyəti təkcə ölkə miqyasında deyil, beynəlxalq səviyyədə də genişlənir.

“Report” xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov “Gənc sahibkarların V forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Fond tərəfindən bir neçə ay əvvəl elan edilən rəqəmsal qrant müsabiqəsi çərçivəsində bir sıra startaplar yaradılıb və qalib startapçılar bu forumda iştirak edirlər.

“Ölkənin inkişafında sahibkarlıq ən vacib alətlərdən biridir. Biz elə işləməliyik ki, dünya miqyasına çıxa bilək. Bunun üçün Azərbaycanda geniş imkanlar və dəstək mexanizmləri mövcuddur”, - deyə o vurğulayıb.

Q. Xəlilov qeyd edib ki, belə forumların ilin əvvəlində və sonunda keçirilməsinin əsas məqsədi gənclərlə birgə görülən işlərə diqqət yetirmək, sahibkarlıq sahəsində müzakirələr aparmaq və qarşıdakı dövrdə həyata keçiriləcək layihələri müəyyənləşdirməkdir. Onun sözlərinə görə, il ərzində reallaşdırılan layihələrə xüsusi önəm verilir və bu tədbirlər çərçivəsində yüzlərlə gənc əhatə olunub.

O bildirib ki, gənclər regionlarda dövlətin yüksək qayğısı ilə əhatə olunublar və bu diqqət sahibkarlıq sahəsində də özünü göstərir.

“Bu birlik və əməkdaşlıq gənclərimizin Azərbaycanın gələcəyini qurmasına, ölkənin çiçəklənməsinə töhfə verməsinə imkan yaradır. Bu baxımdan, forumların keçirilməsi olduqca vacibdir. KOBİA, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu tərəfindən müxtəlif dəstək mexanizmləri tətbiq edilməklə həyata keçirilən layihələr ilin sonunda daha böyük nəticələr verir”, – deyə Q. Xəlilov əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər