Almaniya səfirliyi: Viza üçün müraciət edən şəxsin pasportu itirilərsə, mümkün dəstək göstəririk
Far.Az xəbər saytı

Almaniya səfirliyi: Viza üçün müraciət edən şəxsin pasportu itirilərsə, mümkün dəstək göstəririk


Viza üçün müraciət edən şəxsin pasportu itirilərsə, səfirlik tərəfindən vəziyyətlə əlaqədar mümkün dəstək göstərilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Pəri Abbaslı adlı şəxs sosial media hesabında viza üçün təqdim etdiyi pasportunun Almaniya səfirliyində itirildiyi barədə paylaşım edib.

O vurğulayıb ki, pasportu yanvarın 16-da itib, ancaq həmin tarixdən etibarən ona heç bir məlumat verilməyib, səfirliyə vizanın hazır olub-olmadığı barədə email yazdıqdan sonra yanvarın 26-da ona pasportunun itdiyi bildirilib.

P.Abbaslının sözlərinə görə, bu hadisə səbəbilə vətəndaşa maddi ziyan dəysə də, səfirlik tərəfindən ona heç bir kompensasiya ödənilməyib.

Almaniyanın Azərbaycandakı səfirliyindən isə bildirilib ki, pasportun itməsi kimi hallar çox nadir hallarda baş verir, ancaq heç vaxt istisna edilməyən belə bir hal yaşandıqda pasport sahibinə lazımi dəstək göstərilir:

"Azərbaycanlıların Almaniyaya səyahət etməyə göstərdiyi böyük maraqdan məmnunuq. Çoxsaylı viza müraciətləri həmişə maksimum diqqətlə işlənilir. Pasportun itirilməsi ehtimalı azdır, ancaq heç vaxt tam istisna edilməyən bu kimi fərdi hallarda səfirlik, əlbəttə ki, vəziyyətdə əlaqədar şəxsə mümkün qədər dəstək göstərir və göstərəcək".

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, hadisə ilə əlaqədar şəxs XİN-ə müraciət edəcəyi təqdirdə məsələyə aidiyyəti üzrə baxıla bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər