"Moody’s": Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 4 % artacaq
“Moody’s Investors” beynəlxalq reytinq agentliyi 2025-cü ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 % artacağını proqnozlaşdırır.
“Far.Az” agentliyin hesabatına istinadən xəbər verir ki, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyüb.
2024-cü ildə real ÜDM-in artımı 4,1 % təşkil edib ki, bu da 2023-cü ildəki 1,1 %-lik mülayim artımdan və iyulda gözlənilən 3 %-lik göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu inkişaf əsasən qeyri-neft sektorunun artımı ilə dəstəklənib və sektorun ötənilki artımı 6,2 % olub.
Hesabatda qeyd edilir ki, karbohidrogen qiymətlərinin mülayimləşməsi və büdcə xərclərinin artması nəticəsində 2024-cü ildə konsolidə edilmiş fiskal profisit ÜDM-in təxminən 4 %-i səviyyəsində olub. Bu, 2023-cü ildəki 8,2 %-lik profisitlə müqayisədə azalmadır.
Buna baxmayaraq, agentlik dövlət büdcəsi kəsirinin ÜDM-in 1-2 %-i səviyyəsində qalacağını proqnozlaşdırır: "Bu, borc ehtiyaclarını məhdudlaşdıracaq və borc yükünü ÜDM-in 30 %-dən aşağı saxlayacaq".
"Moody’s" qeyd edir ki, bu göstərici oxşar reytinqə malik ölkələr və Qazaxıstan (“Baa1” stabil) kimi digər neft istehsalçıları üçün olan medianadan xeyli aşağıdır və Azərbaycanın əsas kredit üstünlüklərindən biri hesab edilir.
Oxşar xəbərlər
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Fitch”: Azərbaycanın xarici kreditor kimi mövqeyi güclənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













