Namiq Quliyev: “Teymur Rəcəbova qarşı oyuna final matçı kimi baxırdım"
Far.Az xəbər saytı

Namiq Quliyev: “Teymur Rəcəbova qarşı oyuna final matçı kimi baxırdım"


Teymura qarşı oyuna final matçı kimi baxırdım.

“Report” xəbər verir ki, bunu beynəlxalq qrossmeyster Namiq Quliyev şahmat üzrə Azərbaycan çempionatının 1/8 final mərhələsində Teymur Rəcəbova məğlub olması barədə federasiyanın mətbuat xidmətinə danışarkən deyib.

O, ilk oyunda kobud səhvə yol verdiyi üçün uduzduğunu bildirib:

“İlk mərhələni adlaya bildim. İkinci mərhələdə isə dünyanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbovla qarşılaşdım. İlk oyunda problem yox idi. Sadəcə, praktika azlığı səbəbindən partiyanın sonuna yaxın kobud səhvə yol verdim və uduzdum. İkinci oyunda sona qədər təzyiq göstərdim. Hətta qələbəyə də yaxınlaşmışdım. Sonda məğlub oldum və mübarizəni dayandırdım. Teymura qarşı oyuna final matçı kimi baxırdım. Onun çox böyük təcrübəsi və biliyi var”.

Şahmatçı Azərbaycan çempionatının finalının gözlənilən kimi ola blməməsinin mümkünlüyünü istisna etməyib:

“Bu, Azərbaycan tarixində ilk ən güclü çempionatdır. İllər boyunca belə bir yarışın təşkili üçün səylər göstərilirdi. Bütün şahmatçıları bir yerə toplamaq alınmırdı. Sevindirici haldır ki, nəhayət, baş tutdu. Azərbaycan çempionatı ölkənin adına layiq təşkil olundu. Final hamının gözlədiyi kimi olmaya bilər. Yəni Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov finalını görməyə də bilərik”.

Qeyd edək ki, N.Quliyev 1/8 finalın ikinci görüşündə Teymur Rəcəbovla heç-heçə etsə də, ümumi hesabda məğlub olub - 0,5:1,5.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər