BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik
Far.Az xəbər saytı

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik


BMT ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması ilə bağlı qərarına münasibət bildirib.

“Far.Az”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiq olduğunu qeyd edib.

Sözçü bildirib ki, BMT ABŞ hökumətinin xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarından xəbərdardır: “Biz üzv dövlətlərimizdə bütün qanuni göstərişlərə əməl edirik. USAID təşkilata üzv dövlətlərin müxtəlif hökumətləri ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir”.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. ABŞ-nin Dövlət katibi Marko Rubio USAID-in direktor vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

USAID-in rəhbəri Samanta Pauer "X"də Ermənistana dəstək mesajları ilə tanınır. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və işini dayandırması barədə ABŞ-yə bildiriş göndərib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio – DOSYE
Revanşizmə sürüklənən dövlət - USAİD Ermənistanı pulla ələ alır - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər