Rusiyada internetin tez-tez kəsilməsinin səbəbi məlum oldu
Rusiyada mobil internetin söndürülməsi mütəmadi hal alacaq.
Far.Az xəbər verir ki, rusiyalı ekspertlər bunun milli təhlükəsizlik məsələsi olduğunu bildiriblər.
Söndürülmələrin ən xoşagəlməz tərəfi onların qəfil baş verməsi və xəbərdarlıq edilməməsidir. İT-ekspert Denis Kuskov xatırladıb ki, məhdudiyyətlərlə yanaşı, adətən hakimiyyət hava həyəcanı elan edir və onun bitməsi barədə məlumat verir. Məhdudiyyətlərin özü isə operatorların istəyi ilə deyil, yuxarıdan gələn göstəriş əsasında tətbiq olunur.
"Bu səbəbdən, bir tərəfdən operatorları bu cür siqnalı aldıqdan sonra SMS göndərməyə məcbur etmək olar, lakin bu, qanunvericiliklə tənzimlənməlidir. Hazırda isə belə bir norma mövcud deyil",- deyə ekspert əlavə edib.
Kuskov həmçinin deyib ki, PUA hücumları baxımından vəziyyət ciddi olduğundan görülən tədbirlər səbəbsiz deyil. Onun proqnozuna görə, söndürülmələrin sayı və müddəti artacaq.
"Hazırda ölkənin 100 faiz ərazisinin bloklanmasından söhbət getmir, yalnız müəyyən strateji obyektlərə yaxın olan ərazilərdən, o cümlədən Ulyanovsk vilayətindən", - deyə o, vurğulayıb.
İT-analitik Eldar Murtazin isə xatırladıb ki, operatorlar vətəndaşları internetin söndürülməsi barədə məlumatlandırmağa və ya bu mövzuda şərh verməyə borclu deyillər, çünki vəziyyət milli təhlükəsizlik məsələləri ilə bağlıdır.
Rusiyanın bir şəhərində mobil internet müharibə bitənə qədər söndürülüb
"Mobil internet olmadıqda düşmənin dəqiq naviqasiya imkanı azalır. Bu isə müəyyən obyektlərin qorunması ehtimalını artırır. Buna görə də bizim üçün xüsusi əhəmiyyət kəsb edən müxtəlif obyektlərin ətrafında belə müdafiə tədbirləri tətbiq olunur. Bu, Sibirdə də baş verir", - deyə ekspert bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiyanın PUA hücumundan sonra Kiyev
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb













