BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Far.Az xəbər saytı

BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb


Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının Koordinasiya Seqmentində təmsil olunub, tədbirdə Bakıda keçirilən COP29 çərçivəsində əldə edilən mühüm nailiyyətlər vurğulanıb.

Bu barədə “Report”a diplomatik nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan tərəfi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqində davamlılığı və inklüzivliyi təmin etmək üçün transformasiya həllərinə sadiqliyini təsdiqləyib.

Tədbirdə COP29-un əsas nailiyyətləri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə yönələn Fəaliyyət Proqramı və “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın əhəmiyyəti vurğulanıb.

Həmçinin vurğulanıb ki, COP29-da müvafiq fəaliyyətlər nəticəsində yaranan impuls daha iddialı məqsədlər və gücləndirilmiş tərəfdaşlıq üçün əsas rol oynamalıdır.

BMT-nin Üzv Dövlətləri DİM-ə yaxından uyğun gələn COP29 öhdəliklərini və bəyannamələrini dəstəkləməyə dəvət edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər