Qazaxıstanda şəkər zavodu inşa ediləcək
Far.Az xəbər saytı

Qazaxıstanda şəkər zavodu inşa ediləcək


Qazaxıstanın Atırau vilayətində 144 min ton gücündə şəkər zavodu tikiləcək.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Layihənin dəyəri 58 milyard tengedir (112,5 milyon ABŞ dolları).

Layihə daxili bazarda şəkərə olan tələbatın ödənilməsinə yönəlib. Bu həcmdə şəkər istehsalı üçün təxminən 900 min ton çuğundur və ya şəkər qamışı xammalı tələb olunacaq.

İnvestor artıq şəkər çuğunduru yetişdirməyə hazır olan Atırau şirkəti ilə danışıqlar aparıb. Həmçinin 200 iş yeri yaradılacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər