Maxaçev Trampa səsləndi: "Mən gəlirəm"
UFC çempionu İslam Maxaçev Cek Della Maddalena üzərində qələbəsindən sonra ABŞ Prezidenti Donald Trampa müraciət edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, dağıstanlı döyüşçü qarşılaşmadan sonra Co Roqana qısa müsahibəsində Ağ Evin rəhbərinə səslənib.
"Bütün rəqiblərim nə etdiyimi bilirlər, amma heç kim məni dayandıra bilmir. Titulumu harada müdafiə etmək istəyirəm? Donald Tramp, Ağ Evi aç! Mən gəlirəm!", - deyə o vurğulayıb.
Qeyd edək ki, Maxaçev UFC 322 turnirində Maddalenanı beş raundda məğlub edərək, yarımorta çəki dərəcəsində çempion adını qazanıb.
Xatırladaq ki, Tramp 2026-cı il iyunun 14-də Ağ Evin ərazisində UFC tədbirinin keçiriləcəyini elan edib. Tədbirə 25 minə qədər insanın qatılacağı gözlənilir.
Oxşar xəbərlər
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
UFC ilk dəfə Azərbaycanda!
Nurmaqomedov Maxaçevə ETİRAZ EDİB
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar
İslam Maxaçevdən möhtəşəm qələbə - Yeni çəkidə çempion oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













