Gürcüstan dələduzluqda şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib
Far.Az xəbər saytı

Gürcüstan dələduzluqda şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib


Dələduzluqda şübhəli bilinən qazaxıstanlı Gürcüstandan ekstradisiya edilib.

“Far.Az” Qazaxıstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin şəxs Tbilisidən Aktauya Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qazaxıstanın Gürcüstandakı səfirliyinin köməyi ilə gətirilib.

İndi onu təkrar dələduzluq törətdiyinə görə cinayət məsuliyyətinə cəlb etmək niyyətindədirlər.

"Göstərilən şəxs 2020-ci ildə qabaqcadan əlbir olan şəxslər qrupu ilə subsidiyaların alınmasında köməklik göstərmək bəhanəsi ilə Ulıtau vilayətinin 88 sakininin pul vəsaitlərini ələ keçirib. Onlara ümumilikdə 30 milyon tengədən çox ziyan vurub. İki iştirakçı artıq müxtəlif cəza növlərinə məhkum edilib, şübhəli şəxs isə cinayəti törətdikdən sonra qaçıb gizlənib və buna görə də beynəlxalq axtarışa verilib", - Baş Prokurorluqdan bildirilib.

Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib. O üç ildən yeddi ilədək azadlıqdan məhrum edilə bilər. Eyni zamanda əmlak müsadirəsi cəzası nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər