Almaniyada estetik əməliyyatlarla bağlı yeni qadağa: "Əməliyyatdan əvvəl və sonra" fotolar paylaşılmayacaq
Almaniyanın Frankfurt Əyalət Ali Məhkəməsi estetik əməliyyatlardan əvvəl və sonra çəkilən fotoların sosial şəbəkələrdə paylaşılmasını qadağan edib. Məhkəmənin qərarına əsasən, bu cür paylaşımlar "haqsız rəqabət" kimi qiymətləndirilir.
BAKU.WS xəbər verir ki, "The Guardian" və yerli media orqanlarının məlumatına görə, qərar burun əməliyyatı edən bir plastik cərrahın pasiyentinin dəyişiklik fotolarını sosial mediada paylaşması ilə bağlı başlanmış məhkəmə işi əsasında qəbul edilib.
Hakimlər qeyd ediblər ki, Almaniyanın Tibbi Reklam Qanununa görə, əməliyyatdan əvvəl və sonra bədən görünüşünü müqayisəli şəkildə təqdim edən paylaşımlar reklam məqsədilə istifadə oluna bilməz.
Qərarda vurğulanıb ki, bu cür paylaşımlar insanları tibbi zərurət olmadan riskli estetik əməliyyatlara meylləndirə bilər və yanlış gözləntilər yaradır.
Məhkəmənin açıqlamasına görə, qadağa sağlamlıq riski daşıyan, tibbi cəhətdən əsaslandırılmamış estetik müdaxilələrə qarşı insanları qorumaq məqsədi daşıyır.
Qərara qarşı apeliyasiya (temyiz) müraciəti etmək hüququnun açıq olduğu da bildirilib.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Məktəbin ilk günündən FOTOLAR
Gözəlləşmək üçün görünüşünü itirən DÜNYA MƏŞHURLARI - SİYAHI
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













