Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib - YENİLƏNİB
İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevlə Salyan rayonu Seyidsadıqlı kəndində keçirilən vida mərasimi başa çatıb.
“Far.Az”un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.
“Far.Az”un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Salyan rayonu Seyidsadıqlı kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Elşad Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993 cü il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb.
E.Tağıyev Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq.
Oxşar xəbərlər
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İsmət Piriyev dəfn edilib - YENİLƏNİB
Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudovla vida mərasimi keçirilir
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub













