Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib
Far.Az xəbər saytı

Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib


Amerikalı atlet Qrant Fişer ABŞ-da qapalı məkanda keçirilən turnirdə 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, idmançı sözügedən məsafəni 7 dəqiqə 22 saniyəyə qət edib.

O, 2023-cü ilin fevralından efiopiyalı Lameça Girmaya məxsus olan 7 dəqiqə 23 saniyəlik rekordu qırıb.

Həmçinin ABŞ-da keçirilən yarışların nəticələrinə görə bir mil (1609 metr) məsafəyə qaçışda da rekord yenilənib. Bu rekordun sahibi isə amerikalı digər atlet Yared Nuquze (3 dəqiqə 46 saniyə) olub. Bu məsafə üzrə əvvəlki rekord 2019-cu ilin martında efiopiyalı Yomif Kecelça tərəfindən müəyyən edilmişdi - 3 dəqiqə 47 saniyə.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədələndim”
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər