"Kəpəz"in baş məşqçisi: "1 xal qazanmağımız yaxşı nəticədir"
Far.Az xəbər saytı

"Kəpəz"in baş məşqçisi: "1 xal qazanmağımız yaxşı nəticədir"


1 xal qazanmağımız yaxşı nəticədir.

"Far.Az" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Araz-Naxçıvan"a qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə ilə başa çatan görüşü şərh edib:

"Çətin oyun oldu. Xalsız dönmək istəmirdik. Zədəli, cəzalı futbolçumuz vardı. Buna baxmayaraq rotasiya edə bildik. Qarşılaşmada məğlub da ola bilərdik. Rəqibin ustalığı, keyfiyyəti göstərdi ki, futbol oynaya bilirlər. Futbolçularıma təşəkkür edirəm. Meydanda vuruşdular. Bəlkə də birinci hissənin sonunda təkbətək epizodu vura bilsəydik nəticə tam başqa cür olardı. Rəqib üstümüzə daha çox gəlməyə başlayacaqdı. İkinci hissə bizim üçün çətin başladı. Amma yekunda bir xal qazandıq. Məncə, yaxşı nəticədir".

Qeyd edək ki, XVIII turun "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Premyer Liqa: XXII tura iki oyunla start veriləcək
Premyer Liqanın XVIII turunda "Zirə" "Səbail"i məğlub edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər