Deputat: “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir
Far.Az xəbər saytı

Deputat: “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir


Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir.

Bu fikirləri “Far.Az”a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə deyib.

O xatırladıb ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra bəzi rusiyalı deputatlar da Azərbaycana qarşı çıxışlar etməyə başladılar:

“Bu, Azərbaycanın apardığı siyasətə zidd olduğuna görə, onların ölkəyə gəlişinə qadağa qoyuldu. “Rus evi” ilə əlaqədar məsələyə gəlincə, illər öncə də belə problem yaşanmışdı. Onların Azərbaycana qarşı siyasət yürütdükləri bildirilmişdi. Sonradan hadisələr səngidi".

Cavanşir Paşazadə
Cavanşir Paşazadə

Deputat qeyd edib ki, hazırda yenidən bu məsələ gündəmə gəlib və Rusiyaya nota göndərilib.

"Hesab edirəm ki, “Rus evi”nin heç bir əhəmiyyəti yoxdur. Qurumun ölkəmizdə fəaliyyəti iki ölkə arasında problemlərə səbəb olursa, onların müqaviləsinin ləğv edilməsinin tərəfdarıyam. Əgər dövlət siyasəti də bunu tam şəkildə üzə çıxarıbsa, onların yaxın günlərdə Azərbaycanı tərk etmələri ilə bağlı məsələ həll edilsə daha yaxşıdır”.

Xatırladaq ki, Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. “Rus evi”nin ölkədə fəaliyyəti martın sonunda bitir.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər