Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli oldu!
"Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə "Baku Marriott Boulevard Hotel"də "Vergi və Mühasibatlıq Zirvəsi 2025" (VMZ2025) keçiriləcək. “Hesabın gücü” şüarı altında baş tutacaq bu tədbir ölkəmizdə üçüncü dəfə təşkil olunur.
Vergi və mühasibatlıq sahəsində baş verən yenilikləri müzakirə etmək, strateji qərarlar qəbul etmək və peşəkar təcrübələri bölüşmək istəyən mütəxəssislər üçün VMZ2025 əvəzolunmaz bir platformadır. Tədbir çərçivəsində üç əsas panel müzakirəsi zamanı peşəkar moderator və spikerlər ən aktual qanunvericilik dəyişikliklərini, mühasibatlıq sahəsində tətbiq edilən yeni metodologiyaları və maliyyə risklərinin idarə olunması strategiyalarını müzakirə edəcəklər.
Tədbirin açılış nitqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov tərəfindən ediləcək.
Panellərimiz, moderator və spikerlərimizlə tanış ola bilərsiniz.
Maliyyə riskləri və uçot
Moderator: Vüsal Səlimov – "Good Finance" MMC-nin direktoru
Spikerlər: Fuad Əliyev (Maliyyə Monitorinqi Xidməti), Rüfət Əliyev (A Audit and Consulting MMC, Auditor), Orxan Yusifov – (Facility Management Qrupun CFO-su), Xalid Cəfərov – (Meslehetci.az konsaltinq şirkətinin həmtəsisçisi)
Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?
Moderator: Elsevər İbadov – Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi
Spikerlər: Teymur Əşrəf (“Good Finance” MMC, vergi konsultantı), Faiq Abdulla (DİM, PMS imtahanları üzrə aparıcı məsləhətçi)
Vergilər: Menecment və Vizyon
Moderator: Elçin Əkbərov – "Consulting Group" MMC-nin həmtəsisçisi və direktoru
Spikerlər: Sirac Piriyev (Vəkillər Kollegiyası, Hüquqşünas), Anar Bayramov ("Bizcon Audit" MMC, Auditor), Günel Sadıyeva ("PwC Azerbaijan", Vergi direktoru), Namiq Dərgahov (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini), Əvəz Quliyev (Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini)
Bu panellər iştirakçılara bilik və təcrübə qazandırmaqla yanaşı, sahənin peşəkarları arasında şəbəkələnmə və yeni əməkdaşlıqlar üçün unikal imkan yaradacaq. Panel müzakirələri zamanı iştirakçılar real təcrübələr, praktik nümunələr və uğurlu biznes modelləri ilə tanış olacaq, aktual problemlərin həlli yollarını müzakirə edəcəklər. Tədbirdə iştirak edərək vergi və mühasibatlıq sahəsində ən son yenilikləri öyrənə, aparıcı mütəxəssislərlə əlaqələr quraraq sektorda mövqeyinizi gücləndirə və biznesiniz üçün dəyərli biliklər əldə edə bilərsiniz. Bundan əlavə, interaktiv müzakirələr və sual-cavab sessiyaları vasitəsilə iştirakçılar sahə üzrə ekspertlərin tövsiyələrindən birbaşa faydalana biləcəklər.
Vergi və mühasibatlıq sahəsinin peşəkarlarını VMZ2025-ə qoşulmağa dəvət edirik!
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına () və sosial media hesablarına keçid edə bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













