Abiddin Hüseynov: "Müflisləşmə ilə bağlı qanunvericiliyin müasir səviyyəyə qaldırılması prioritetdir"
Far.Az xəbər saytı

Abiddin Hüseynov: "Müflisləşmə ilə bağlı qanunvericiliyin müasir səviyyəyə qaldırılması prioritetdir"


Azərbaycanın bugünki iqtisadi inkişafı və əlverişli biznes mühitinin yaradılması ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün müflisləşmə ilə bağlı qanunvericiliyin müasir tələblərə cavab verəcək şəkildə inkişafı prioritetdir.

"Far.Az" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov "Biznesin müflisləşməsi" işçi qrupunun iclasında deyib.

"İşçi qrup olaraq qarşımızda duran ən əsas vəzifələrdən biri də bu sahəni inkişaf etdirilməsidir. Əlbəttə, müflisləşmə və iflasla bağlı qanunvericiliyimiz var. Bu sahədə müəyyən mənada təcrübəmiz var. Ancaq bu institutlar tələb olunan səviyyədə inkişaf etməyib. ona görə də, bu sahədə ən vacib məsələlərdən biri, işçi qrupunun yeni tədbirlər planında da əks olunduğu kimi əsas məslələrdən biri müflisləşmə sahəsində qanunvericilik bazasının formalaşdırılmasıdır", - nazir müavini deyib.

A. Hüseynov 2025-ci il üçün əsas prioritet vəzifələri açıqlayaraq, bu sahədə həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, 2024-cü il üzrə Yol Xəritəsinin icrası çərçivəsində təşkilati, qanunvericilik və maarifləndirici işlər görülüb, bir sıra tədbirlərin icrası isə 2025-ci ildə də davam etdiriləcək.

İclasda “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinin yekunlaşmaq üzrə olduğu və layihənin ilkin redaktəsinin tamamlanmaqda olduğu bildirilib. Həmçinin, Yol Xəritəsində nəzərdə tutulan tapşırıqlar üzrə əsas nailiyyətlər təqdim olunub və 2025-ci il üçün görüləcək işlər müzakirə edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər