Prezident: Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.
"Far.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.
Prezident əlavə edib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Türkiyənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
Zelenski: Ukrayna Azərbaycandan təbii qazın alması üçün fəal iş görür
-
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar













