Rumıniyalı deputatlar: Vardanyan üzərində məhkəmə Kremlin dəstəklədiyi separatizmin ədalətli cəzalandırılmasına nümunə olacaq
Rumıniya parlamentarilərinin bir qrupu Azərbaycanın beynəlxalq hüquqa riayət etmək və onilliklər boyu Kreml tərəfindən dəstəklənən separatçı hərəkatın rəhbərlərini məsuliyyətə cəlb etmək səylərini dəstəklədiklərini bəyan ediblər.
“Far.Az” Rumıniyanın “” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin 19 deputatının bəyanatında bildirilib.
Qrupun deputatlarından biri olan Kristian Terhes Moskva tərəfindən dəstəklənən postsovet ölkələrindəki separatizmdən qaynaqlanan regional təhlükəsizlik və sabitliyə davam edən təhdidlərlə bağlı ciddi narahatlığını ifadə edib.
K.Terhes qeyd edib ki, "Putinin pul kisəsi" kimi tanınan Ruben Vardanyan və Qarabağın digər separatçıları üzərində Bakıda keçirilən məhkəmə prosesi beynəlxalq ictimaiyyətə nümunə göstərir və Kremlin maraqları naminə öz dövlətlərinin suverenliyini pozmağa davam edənlərə aydın siqnal göndərir: "məsuliyyət qaçılmazdır və cəzadan yayınmaq mümkün deyil".
"Bakıda R.Vardanyan və Araik Arutyunyan da daxil olmaqla digər separatçı liderlər üzərində məhkəmə prosesləri Qafqaz və Avropada Kreml tərəfindən dəstəklənən onillik antikonstitusion fəaliyyətə görə ədalətli cəzalandırma nümunəsi olmalıdır", - deputatların bəyanatında vurğulanıb.
Bəyanatda "separatizm və terrorizmin cəzalandırılmalı olduğu" vurğulanır.
"Ümid edirik ki, bu məhkəmə prosesləri Gürcüstan, Ukrayna və Moldova kimi digər postsovet dövlətləri üçün də nümunə olacaq, burada kremlyönümlü separatçıların təxribat fəaliyyəti milli təhlükəsizliyə ciddi təhdid yaratmağa davam edir", - “Newsweek” deputatların bəyanatını şərh edərkən yazıb.
Qeyd etmək lazımdır ki, Vardanyan və digər separatçılar üzərində məhkəmə prosesləri Litvanın “” və Polşanın “” nəşrlərinin, eləcə də digər xarici KİV-lərin böyük marağına səbəb olub və bununla da postsovet məkanında separatizm probleminə və onun Kreml tərəfindən dəstəklənməsinə diqqət çəkilib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Euronews": Kreml oliqarxları demokratiyaya qarşı - Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
Zelenski: Ukrayna Azərbaycandan təbii qazın alması üçün fəal iş görür
-
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar













