Hakan Fidan ABŞ dövlət katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Far.Az xəbər saytı

Hakan Fidan ABŞ dövlət katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib


Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.

“Far.Az” xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriya və Qəzzadakı son durum barədə danışıblar.

H.Fidan Qəzzadakı atəşkəsin daimi olmasının zəruriliyinə diqqət çəkib.

Onun fikrincə, regional sülh üçün İsrail-Fələstin münaqişəsi həllini tapmalıdır.

Diplomatlar həmçinin Şərqi Avropakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Onlar tərəflər arasındakı mümkün sülh barədə danışıblar.

Fidanla Rubio eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirə aparıblar. Onlar müdafiə sənayesi də daxil olmaqla qarşılıqlı ticarətin inkişafı barədə danışıblar.

Qeyd edək ki, bu, M.Rubionun ABŞ dövlət katibi kimi H.Fidanla ilk görüşüdür.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio – DOSYE
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər