Azərbaycanın ən böyük göllərindən biri QURUYUR: Ekoloqlar həyəcan təbili çalırlar
Far.Az xəbər saytı

Azərbaycanın ən böyük göllərindən biri QURUYUR: Ekoloqlar həyəcan təbili çalırlar


Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü demək olar ki, tamamilə quruyub.

BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, gölün yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, illər əvvəl bu ərazi həm turizm, həm də istirahət məkanı kimi xüsusilə seçilirdi. Vaxtilə 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan göl bir neçə ildir su üzünə həsrət qalıb. Hazırda qurumuş ərazidə yabanı otlar bitməyə başlayıb.

Ekoloqların sözlərinə görə, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı, lakin son illər qlobal iqlim dəyişikliyi gölə ciddi təsir edib.

Onun sözlərinə görə, gölün əvvəlki vəziyyətinə qaytarılması istiqamətində müəyyən işlər aparılır. Hazırda su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə davam edir.

Mütəxəssislər bildirirlər ki, görülən tədbirlər uğurlu olarsa, gələcəkdə göldə minimum səviyyədə də olsa suyun geri qayıtması mümkün ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər