Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq daşımalar 8 % azalıb
Far.Az xəbər saytı

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq daşımalar 8 % azalıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1 milyard 792 milyon 589 ABŞ dolları dəyərində 4 milyon 74 min 238 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,4 % və 7,9 % azdır.

7 ay ərzində dəmir yolu nəqliyyatı ilə 1 milyard 287 milyon 718 min ABŞ dolları (8,8 % az) dəyərində 2 milyon 492 min 599 ton (3,7 % az) yük idxal edilib, 504 milyon 871 min ABŞ dolları (28,6 % az) dəyərində 1 milyon 581 min 638 ton (13,9 % az) yük ixrac olunub.

Oxşar xəbərlər

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 9%-ə yaxın artıb
Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq daşımalar 5 %-dən çox artıb
Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq daşımalar kəskin artıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər