Azərbaycan və Latviyanın XİN başçıları hökumətlərarası komissiyanın iclasına hazırlığı nəzərdən keçiriblər
Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb.
Bu barədə “Far.Az”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Latviyanın XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və Gürcüstan XİN başçıları qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
Ceyhun Bayramov maltalı həmkarı ilə Azərbaycan-ATƏT münasibətləri barədə danışıb - YENİLƏNİB
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc













