Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
Far.Az xəbər saytı

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var


Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb.

Nəticə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər