Fransalı məşhur futbolçunun evi qarət olunub
Far.Az xəbər saytı

Fransalı məşhur futbolçunun evi qarət olunub


Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.

"Report" "TMZ Sports"a istinadən xəbər verir ki, hazırda ABŞ-nin "Los-Anceles" klubunda çıxış edən 38 yaşlı hücumçunun evindən oğurluq edilib.

Onun həyat yoldaşı aidiyyəti qurumlara məlumat verib.

Oğurlanan əşyalar arasında 10-dan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.

Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb, polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər