Pensiyalarla bağlı hamının gözlədiyi AÇIQLAMA - RƏSMİ
Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdilinin bəzi media qurumları və sosial şəbəkə səhifələrində son illər pensiyaçı sayında azalmanın olmasına dair yayılan məlumatlarla bağlı açıqlamasında bildirilir.
Nazirlik rəsmisi bildirib ki, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.
“O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib. Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.
Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndirilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.
Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 milyon 700 min şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”, - açıqlamada deyilir.
Far.AzOxşar xəbərlər
DSMF pensiyaçı sayında azalmanın olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
DSMF: Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi xeyli genişlənib
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













